“Çempionlar”dan daha 4 medal

Türkiyənin Antalya şəhərində gənclər (U-20) arasında “Çempionlar” turniri davam edir.

Ənənəvi yarışın 2-ci günündə güləşçilərimiz 4 medal qazanıb.

Qadın güləşində Gültəkin Şirinova (53 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onunla eyni çəkidə yer alan Əsmər Canqurtaran isə bürünc medal əldə edib.

Sərbəst güləşdə Ceyhun Allahverdiyev (61 kq) çempion olub. Təbriz Bayramov (86 kq) isə üçüncü yeri tutub.

Turnirə mayın 2-də yekun vurulacaq.

Həmin kateqoriyadan