“Çempionlar”ın ilk günündə 4 medal

Türkiyənin Antalya şəhərində gənclər (U-20) arasında “Çempionlar” turnirinə start verilib.

Allsport.az xəbər verir ki, yarışın ilk günündə 4 güləşçimiz fəxri kürsüyə qalxıb. Qadın güləşində Ruzanna Məmmədova (55 kq), sərbəst güləşdə Ruslan Abdullayev (57 kq) gümüş, Cavidan Əhmədovla (70 kq), Zəfər Əliyev (97 kq) isə bürünc medal əldə edib.

Ənənəvi turnir mayın 2-dək davam edəcək.

Həmin kateqoriyadan