Qadınların Avropa çempionatı-2017 Azərbaycan və Gürcüstanda

CEV-in yeni prezidenti serbiyalı Aleksandr Boricic  oldu

Bolqarıstan paytaxtı Sofiyada Avropa Voleybol Konfederasiyasının Baş Assambleyası başa çatıb. Allsport.az saytı xəbər verir ki, toplantıda qitə nümayəndəliklərindən 60 nəfər iştirak edib. Bizdən bu yığıncağa CEV-in İK-in üzvü, AVF-in baş katibi Elşən İsmayılov qatılıb. Tədbirdə mühüm məsələlər müzakirə olunub, seçki keçirilib. Səsvermənni nəticəsinə əsasən, Aleksandr Boricic Avropa Voleybol Konfederasiyasının prezidenti seçilib. O, iştirakçıların 31-nin etimadını qazanıb. CEV-in yeni rəhbəri 1948-ci ildə keçmiş Yuqoslaviyanın paytaxtı Belqradda anadan olub. Milli komandada 103 matç eçirib.

1975-ci ildə vətənində keçirilən Avropa çempionatında bürünc medala yiyələnib. Voleybolçu karyerasını bitirdikdən sonra «Srvena zvezda» klubunda məşqçilik fəaliyyətinə başlayıb. Bu kollektiv ilə 4 dəfə Yuqoslaviya çempionluğu və 3 ölkə kuboku, Avropa Çempionlar Kubokunun burunc medalını qazanıb. 1992-ci ildə öz dövlətində Voleybol federasiyasının prezidenti seçilib və indiyədən bu vəzifəni daşıyır. Onun dövründə kişi komandası olimpiya oyunları və Avropa çempionatının qızıl medalına sahib çıxıb.

Tədbirdə gələcək yarışların hansı şəhərlərdə keçirilməsi də müzakirə olunub. Qərara alınıb ki, 2017-ci ildə qadınlar arasında qitə çempionatı Azərbaycan və Gürcüstanda təşkil olunsun. Toplantıda ölkəmizin 1-ci Avropa Oyunlarında voleybol yarışının da yüksək səviyyədə keçirdiyinə görə AVF-ə təşəkkür edilib.

Həmin kateqoriyadan