CEV rəsmiləri fəxri xiyabanı ziyarət ediblər

Azərbaycan voleybol federasiyasının rəhbərliyi, ölkəmizdə səfərdə olan Avropa voleybol konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan voleybol federasiyasının prezidenti Lyubomir Qanev, fəxri xiyabanı ziyarət ediblər.

Allsport.az xəbər verir ki, federasiya rəsmiləri və qonaqlar ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.

Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Onlar Şəhidlər Xiyabanını və “Türk Şəhidliyi” abidəsini də ziyarət ediblər.

Həmin kateqoriyadan