CEV vitse-prezidentləri ölkəmizə gəlir

Avropa Voleybol Konfederasiyasının (CEV) vitse-prezidentləri Renato Arena və Özxan Mutlyugül Bakıya səfər edəcəklər. Allsport.az saytı xəbər verir ki, gəlişin məqsədi Avro-2017-yə Gürcüstanla birgə ev sahibliyi edəcək ölkəmizin gördüyü hazırlıq işlərinin gedişi ilə yaxından tanış olmaqdır.

Bu gün paytaxtımızda olacaq qonaqlar, 3 gün ərzində Bakıda və Qubada idman obyektlərinə səfər edəcəklər. Onların yekunda federasiya rəsmiləri ilə iclas keçirəcəyi də gözlənilir. Həmçinin yarışın loqosu üçün müsabiqənin elan olması da proqnozlaşdırılır.

Həmin kateqoriyadan