Çimərlik voleybolçuları qardaş ölkəyə üz tutub

Çimərlik voleybolçularımız bu gün təlim-məşq üçün Türkiyəyə yola düşüblər. Allsport.az saytı xəbər verir ki, Antalyada millimiz rusiyalı mütəxəssis İqor Olefirin rəhbərliyi ilə 14 gün hazırlıq keçəcək.

Komandamız qardaş ölkədə yoxlama matçlarında da qüvvəsini sınayacaq. Türkiyə və Rusiya komandaları ilə bir neçə yoldaşlıq görüşü olacaq.

Təlim-məşqlərə 6 qız, 7 oğlan voleybolçu cəlb olunub. Baş məşqçi İqor Olefirə məşqlərdə yerli mütəxəssislərimiz Nihad Tarverdiyev (qızlar) və Cəlil Baxtiozin (oğlanlar) kömək edəcəklər.

Həmin kateqoriyadan