- Baxış sayı: 31
- 26 Aprel 2024 13:30
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Bakı şəhər gənclər və idman baş idarəsi ilə Azərbaycan voleybol federasiyası birgə çimərlik voleybolu üzrə paytaxt yarışı keçiriblər. Allsport.az saytı xəbər verir ki, su idmanı sarayında ərazisində təşkil olunan turnirdə 18 yaşadək 12 gənc qız cütlük dairəvi sistemlə çıxış ediblər.
Maraqlı keçən görüşlərdə Xanım Cəlalova və Fəridə İbrahimova qalib olublar. Gümüş mükafatlara İradə Həsənzadə və Ariadna Neçay, bürünc medalları isə Ada Su Qərib və Ayla Qasımova cütlüyü yiyələniblər.
Mükafatları AVF-nin baş katibi Fərid Xəlilov, BŞGİBİ-nin rəis müavini Samir Kazımov və çimərlik voleybolu üzrə beynəlxalq supervayzer Valeriya Romanoviç təqdim ediblər.