Çimərlik voleybolu üzrə ölkə birinciliyi keçiriləcək

Turnir avqustun 4-8-i aralığında qadın və kişi komandalar arasında baş tutacaq

Allsport.az xəbər verir ki, yarışın ilkin mərhələsinin Bakı su idmanı sarayında, medallar uğrunda həlledici qarşılaşmaların isə “Sea Breeze” ərazisində təşkil olunması nəzərdə tutulur.

Birincilikdə iştirak etmək istəyən klublar 25 iyul 2026-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər.

Turnirin qalibi olacaq klub 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə klublararası CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

Həmin kateqoriyadan