Çimərlik voleybolu üzrə ölkə çempionatı sona yetib

Çimərlik voleybolu üzrə ölkə çempionatı sona yetib

Su idmanı sarayının meydançasında çimərlik voleybolu üzrə açıq ölkə çempionatı başa çatıb.

Allsport.az saytı xəbər verir ki, 2 gün davam edən yarışda 12 qadın, 16 kişi cütlüyü mübarizə aparıb. Maraqlı keçən görüşlərdə qadınların finalda “Xəzri” (Yuliya Jernova/Alina Aslan) “Abşeron”u (Nərminə Musayeva/Fidan Əhmədxanova) 2:0 üstələyib.

Kişilərin yarışında əlledici görüş “Xızı” (Vadim Kutukov/Asif Əliyev) və “Neftçi” (Ülvi Rəcəbov/Heydər Məmmədli) arasında olub. Matç 2:0 birincilərin xeyrinə yekunlaşıb.

Çempionatda qadınların yarışında “Azərreyl” (Sənubər Ələsgərova/Asiad Abuyeva), kişilərin mübarizəsində isə “Rabitə Bakı” (Heydər Həsənov/Əli Fərəcov) 3-cü yeri tutub.

Həmin kateqoriyadan