Çimərlik voleybolunun finalçıları müəyənləşib

Bu gün çimərlik voleybolu üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Allsport.az xəbər verir ki, iyunun 24-də start götürən yarışın 3-cü günündə ümumilikdə 24 görüş keçirilib və çempionatın finalçıları bəlli olub.

15 yaşlı və 15 yaşdan yuxarı idmançıların iştirak etdiyi yarışda 18 qadın və 28 kişi cütü mübarizə aparır. Yarış olimpiya sistemi ilə keçirilir.

Su idmanı sarayında təşkil olunan yarışın həlledici qarşılaşmaları iyunun 27-də keçiriləcək.

27 iyun
3-cü yer uğrunda oyun (kişilər)
17:00 Əli Fərəczadə/Samir Nəbiyev – Ülvi Rəcəbli/Heydər Məmmədli
3-cü yer uğrunda oyun (qadınlar)
18:00 Ayşə Hüseynova/Aytac Bayramlı – Nəzrin Əhmədli/Fatimə Hüseynova

Final (qadınlar)
19:00 Fidan Əhmədxanova/Larisa Smeltsova – Əminə Ramazanova/Sənubər Ələskərova
Final (kişilər)
20:00 Vadim Kutikov/Tural Həsənli – Elmin Alışanov/Asif Əliyev
21:00 Qaliblərin mükafatlandırma mərasimi

Həmin kateqoriyadan