“Çox istərdim ki, uğurlu çıxış edək”

Bu gün qadın voleybol millimiz Avropa çempionatının “C” qrupunda mübarizəyə başlayacaq. Allsport.az saytı xəbər verir ki, ilk rəqib Çex Respublikasıdır. Millimizin hücumçusu Odina Əliyeva yarışla bağlı bunu deyib:

“Avropa çempionatının final mərhələsində zəif rəqib yoxdur. Aşkar favorit komandalar var, VNL-in qalibi Türkiyə kimi. Digər rəqiblərimizi mütləq məğlub etməliyik. Biz bunu bacara bilərik, komandamıza inanıram.

Yaxşı hazırlıq keçdik. Çox istərdim ki, uğurlu çıxış edək. Özümü ayrılıqda götürdükdə, mənim üçün son Avropa çempionatı olduğunu nəzərə alsaq, istəyirəm ki, hər şeyin ən yaxşısını edək, yaxşı nəticə qazanaq.

Həmin kateqoriyadan