Dadaş Dadaşbəyli qitə çempionatında 3-cü yer tutub

Moskvada ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, Boyanka Kostovadan (59 kq) sonra növbə Əliş NəzərovDadaş Dadaşbəyliyə çatıb. Onlar 102 kq-da mübarizə aparıblar.

Adı 2-ci çəkilən idmançımız qoparmada 177 kq nəticə ilə bütün rəqiblərini üstələyib. O, təkanla qaldırmada 202 kq-ı ram edib və 7-ci olub. Toplam 379 kq (177+202) nəticə göstərərək, yekun sıralamada bürünc medal qazanıb.

Əliş Nəzərov toplam 315 kq (141+174) nəticə ilə 13-cü yeri tutub. Kişilərdə komandamızın baş məşqçisi Asif Məmmədovdur.

Həmin kateqoriyadan