Daha iki pəhləvan finalda

Daha iki pəhləvan finalda

Şimali Makedoniyanın paytaxtı Skopyedə U17 Avropa çempionatı davam edir.

Allsport.az xəbər verir ki, altıncı yarış günündə sərbəst güləş üzrə 45, 51, 60, 71 və 92 kq-da mübarizəyə start verilib.

Yarışa 1/4 finaldan qoşulan Ömər Usubov (45 kq) ukraynalı Daniil Lutsikə 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ömər finalın bir addımlığında rusiyalı Ömər Rabadanova 5:12 hesabıyla məğlub olub. Usubov bürünc medal uğrunda ermənistanlı Aren Piruzyanla güləşəcək.

Ramal Mirhüseynov (51 kq) yunanıstanlı Mixail Kokologiannisə tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Əhməd Naibarova 3:5 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Ramal təsəlliverici görüşdə türkiyəli Buğra Qavakla qarşılaşacaq.

Həsən Həsənov (60 kq) makedoniyalı Mariyo Ananiyevə tam üstünlüklə (11:0), ermənistanlı Razmik Voskanyana isə 3:1 hesabıyla qalib gələrək yarımfinala yüksəldi. Həsən yarımfinalda rusiyalı Abdulla Delekovdan güclü olub – 4:0. Həsənov finalda ukraynalı Zorab Aloyevlə güləşəcək.

İsa Yusibov (71 kq) belaruslu Artyom Bolsuna “tuş”la qalib gəlsə də, 1/4 finalda türkiyəli Ömər Gülə uduzub – 4:9.

Səid Paşayev (92 kq) slovakiyalı Patrik Urbanekə tam üstünlüklə (10:0), rumıniyalı Maqor Lorinçə isə 4:2 hesabıyla qalib gələrək yarımfinala yüksəldi. Səid yarımfinalda ukraynalı David Lutskova heç bir imkan tanımayıb – 10:0. Paşayev həlledici görüşdə rusiyalı Abdurazak Şabanovla üz-üzə gələcək.

Həmin kateqoriyadan