Danimarka seçməsinə uduzdular

Bu gün kişi voleybol millisi Avropa çempionatının təsnifatında mübarizəyə başlayıb. Allsport.az saytı xəbər verir ki, meydan sahibləri ilk matçda Danimarka yığması ilə qarşılaşıblar.

Bakıda Voleybol Mərkəzində təşkil olunan görüşə 25:22 hesabı ilə qonaqlar üstün başlayıb. İkinci seti 25:23 hesabı ilə millimiz qalib gəlsə də, rəqib növbəti hissələrin 25:16, 25:16 və matçın qalib olub – 3:1.

Pərviz Səmədovun komandası növbəti matçında Türkiyə millisi ilə qarşılaşacaq. Görüş avqustun 6-da saat 18:00-da Bakıda Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Oyunlar ev-səfər sistemi ilə keçirilir. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

Həmin kateqoriyadan