DÇ-də 1 gümüş və 1 bürünc

İordaniyanın paytaxtı Əmmanda güləş üzrə U-20 dünya çempionatı sona çatıb. Həftəsonu meydan “klassiklər”ə verilib.

Fərid Sadıxlı (55 kq) macarıstanlı Edmond Domokosa (8:0) və iordaniyalı Xalid Əhmədə (9:0) tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəlib. Güləşçimiz özbəkistanlı Əlişir Qəniyevlə gərgin keçən görüşdə də sevinən tərəf olub – 5:1. O, yarımfinalda iranlı Əli Vəfanı ilk hissədə xalçadan məyus yola salıb – 9:0. Finalda qazaxıstanlı İsxar Kurbayevə 1:5 məğlub olub.

İlkin Qurbanov (60 kq) debütdə ermənistanlı Suren Ağayanyana “tuş”la məğlub olub. Rəqib finala yüksəldiyi üçün millimizin üzvü təsəlliverici görüşdə iştirak hüququ qazanıb. o, öncə ispaniyalı Qorka Qarixoya (11:2), sonra gürcüstanlı Anri Xozrevanidzeyə qalib gəlib (4:2). Həmyerlimiz 3-cü yer uğrunda tutaşmada qırğızıstanlı Əmirlan Duişenaliyevi 3:1 üstələyib.

Həmin kateqoriyadan