“Xarı Bülbül Şuşa” avrokuboka qələbə ilə başladı

Bu gün debütant ilk görüşünü keçirib.

Allsport.az xəbər verir ki, Çelenc kubokunun 1/32 final mərhələsində komandamızın rəqibi Slovakiyanın “TJ Spartak” klubu olub.

GİN-nin voleybol mərkəzində baş tutan birinci qarşılaşmada Şuşa təmsilçisi qonaqları hər üç setdə məğlub edərək matçın qalibi olub.

Komandalar arasında cavab qarşılaşması tərəflərin razılığına əsasən sabah yenə Bakıda keçiriləcək. Görüş saat 18:00-da start götürəcək.

1/32 final (1-ci oyun)
“Xarı Bülbül Şuşa” – “TJ Spartak” 3:0 (25:23, 25:21, 27:25)

Həmin kateqoriyadan