- Baxış sayı: 48
- 24 Sentyabr 2026 10:00
- Baxış sayı: 78
- Sentyabr 26, 2026
- 0

Bu gün qadın voleybolçular arasında Azərbaycan super liqasında “Mübariz”lə “Murov” üz-üzə gəlib.
Allsport.az xəbər verir ki, FHN-in idman-sağlamlıq kompleksində keçirilən qarşılaşmada debütant qalib gəlib.
İlk setdə 25:18 hesabı ilə qələbə qazanan “Mübariz” ikinci hissəni də aktivinə yazıb – 25:23. Ardınca “Murov” 25:18 hesabı ilə qalib gələrək, fərqi azaldıb – 1:2. Dördüncü hissədə 25:21 hesabı ilə qələbə qazanan “Mübariz” yekun nəticəni müəyyənləşdirib – 3:1.
İlk turun birinci matçında “Azərreyl” “Abşeron”a 3:1 hesabı ilə qalib gəlib.