Debütant “tələbələr”i üstələdi

Bu gün GİN-nin voleybol mərkəzində qadınların yüksək liqada növbəti oyun keçirilib. Allsport.az saytı xəbər verir ki, UNEC komandası çempionatda ilk dəfə çıxış edən “Milli Aviasiya Akademiyası” ilə qarşılaşıb.

Oyun debütantın üstünlüyü ilə keçib. İlk setdə 25:16 hesabı ilə qalib gəlib. Növbəti hissələrdə də rəqibindən üstün oyun göstərib və meydançadan qələbə ilə ayrılıb.

Çempionatda növbəti görüş noyabrın 21-də Gəncədə eyni adlı klubla “Murov Az Terminal” arasında olacaq.

18 noyabr
Yüksək liqa (qadınlar)

UNEC – Milli Aviasiya Akademiyası – 0:3 (16:25, 14:25, 7:25)

Həmin kateqoriyadan