- Baxış sayı: 50
- 16 Mart 2025 10:31
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
Deflimpiya komitəsi ilə “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” ictimai birliyi əlaqəni möhkəmləndirib. Allsport.az saytı xəbər verir ki, müqavilənin əsas məqsədi ölkədə deflimpiya hərəkatının inkişafına təkan vermək, eşitmə məhdudiyyəti olan şəxslərin idmana cəlbini artırmaq və onların sosial inteqrasiyasını gücləndirməkdir.
Əməkdaşlıq çərçivəsində tərəflər birgə təşəbbüslərlə çıxış edəcək, maarifləndirici kampaniyalar, təlim proqramları və genişmiqyaslı idman layihələri həyata keçirəcək. İctimai birliyin təsisçisi və rəhbəri, paralimpiyaçı Aynur Məmmədova — taekvondo üzrə üçqat dünya və dördqat Avropa çempionu, Əməkdar idman ustası, prezident mükafatçısı və 2-ci dərəcəli əlilliyi olan şəxs olaraq — bu sahədəki bilik və təcrübəsini gənc idmançıların yetişdirilməsinə sərf edəcək.
Birgə əməkdaşlıq cəmiyyətin hər təbəqəsinə bərabər imkanlar yaradaraq onların potensialını üzə çıxaracaq. Bununla yanaşı, inklüzivliyin gücləndirilməsi və idman vasitəsilə hər kəsin bərabər imkanlara malik olduğu cəmiyyətin qurulması istiqamətində mühüm addımlar atılacaq.