- Baxış sayı: 57
- 05 Noyabr 2026 16:11
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Aprelin 8-də gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq karlar idman komitəsinin (İCSD) prezidenti Adam Kosa və Avropa karlar idman təşkilatının (EDSO) prezidenti Losif Stavrakakis ilə görüşüb.
Allsport.az xəbər verir ki, toplantıda ölkədə deflimpiyanın inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan deflimpiya komitəsinin prezidenti Anar Bayramov və digər şəxslər iştirak ediblər.