“Deməzdim ki, gözlənilməz qələbə oldu”

Qadın voleybolçuların yüksək liqasının 8-ci turunda “Milli Aviasiya Akademiyası” gözlənilmədən son ölkə çempionu “Abşeron”a 3:0 qalib gəldi. Oyundan sonra debütantın ukraynalı hücumçusu Natalya Luxanina sevincini allsport.az saytı ilə bölüşdü:

“Deməzdim ki, gözlənilməz qələbə oldu. Biz hazırlaşmışdıq, yaxşı köklənmişdik. Özü də ilk oyunum idi, özəlliklə xoş idi.

Düzdür, 3-cü hissədə çətinlik yaşadır. Adətən, bu set həmişə belə keçir. Amma son anda toparlandıq. Baş məşqçinin 2 dəfə fasilə götürməsi də işə yaradı.

Hədəfimiz ilk üçlüyə düşməkdir”.

Həmin kateqoriyadan