Diaspora çağırış etdi: İstanbulda güləşçilərimizə böyük dəstək olacaq!

Sabah İstanbulda sərbəst və qadın güləşi üzrə Türkiyənin olimpiya, dünya və qitə çempionu Yaşar Doğunun xatirəsinə mükafat yarışı başlayacaq. İlin ilk sınağında komandalarımıza həmyerlilər dəstək verəcək.

Allsport.az-a daxil olan bilgiyə görə, Azərbaycandan və MDB ölkələrindən azarkeşlər bir neçə gün öncə qardaş ölkəyə səfər ediblər. Onlara İstanbulda təhsil alan və işləyən soydaşlarımız qoşulacaqlar.

Diasporla iş üzrə dövlət komitəsi öz Feysbuk, Tvitter və digər hesablarında çağırış edib. Saytımızın da vasitəçi olduğu bu işdə dəstək Macarıstan və Bolqarıstanda keçiriləcək olimpiya ələmələrində və Romada qitə çempionatında da davam edəcək.

Həmin kateqoriyadan