“Digər amillərə görə ondan geri qaldığımı düşünmürəm”

Norveç paytaxtı Osloda dünya çempionatında sərbəst güləşçimiz Osman Nurməhəmmədov 3-cü yerə çıxıb. Allsport.az saytı xəbər verir ki, o, çıxışına belə qiymət verib:

“Dünya çempionatında bürünc medal qazandığım üçün çox sevinirəm. Şadam ki, məşqçilərimizin etimadını doğrultdum. Düzdür, çempion olmaq istəyirdim. Ancaq alınmadı.

Növbəti dəfə qızıl medal əldə etməyə çalışacağam. Yarımfinaldakı məğlubiyyətimə gəlincə, Məhəmməd Qurbanov həm fiziki cəhətdən güclü, həm də təcrübəli güləşçidir.

Texniki detallara və digər amillərə görə ondan geri qaldığımı düşünmürəm. Sırf fiziki göstəricələrə görə Qurbanova məğlub oldum”.

Həmin kateqoriyadan