FOTO
Dilarə Kazımova “İl’Azero”un təşəbbüsünə qoşulub

“Avrovizia” mahnı müsabiqəsinin iştirakçısı Dilarə Kazımova milli idman brendi “İl’Azero”nun yeni təşşübüsünə dəstək verib. 

Allsport.az saytının məlumatına görə, layihə yerli atributları, naxış və rəmzləri təbliğ etməklə yanaşı, ölkəmizi layiqincə təmsil edən idmançıları, ictimai xadimləri, özəlliklə, 2-ci Qarabağ savaşı iştirakçılarına həsr edilib.

Şirkətin rəhbəri, tanınmış voleybol meneceri İlqar İmamquliyev öncədən bəyan etdiyi kimi, Qarabağın işğaldan azan olunan hər bir şəhərin adı yazılan köynəklər istehsal etdirib və onu tam təmənnasız olaraq ölkəmizi beynəlxalq arenalarda, önəmli yarışlarda təmsil edən idmançılarımıza, sənət adamlarına və qəhrəman hərbçilərimizə çatdırır.

Возможно, это изображение (1 человек, стоит и кирпичная стена)

 

Возможно, это изображение (1 человек, стоит и кирпичная стена)

Həmin kateqoriyadan