“Dinamo” – “Azərreyl” görüşü belaruslu və slovakiyalı hakimlərə tapşırıldı

Noyabrın 26-da Bakının qadınlardan ibarət “Azərreyl” voleybol klubunun Çempionlar Liqası yarışlarının üçüncü turu çərçivəsində keçirəcəyi oyununun hakimləri müəyyənləşib. Allsport.az xəbər verir ki, “Azərreyl”in səfərdə Rusiyanın “Dinamo Kazan” komandası ilə qarşılaşacağı oyunu idarə etmək üçün Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən belaruslu Aleksandr Piasetski və slovakiyalı Yuray Mokrıy təyinat alıblar.

Qeyd edək ki, “Azərreyl” komandası doğma meydanda keçirdiyi oyunlarda “Alyants Ştutqart”a 3:0 hesabı ilə qalib gəlsə də, Bakının “Lokomotiv” klubuna 1:3 hesabı ilə uduzub.

Həmin kateqoriyadan