Dünya 3-cüsü: Qarşıdakı yarışlarda bəxtimi olimpiya çəkisi olan 62 kq-da sınamağı düşünürəm

Qazaxıstan paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 2-ci medalımızı Elis Manolova (65 kq) qazandı. Allsport.az saytına açıqlamasında o, yarış barədə və yaxın gələcək planları barədə budu dedi:

“Avropa çempionatında 1-ci, burda 3-cü oldum. Mənim üzərimdə çalışan bütün məşqçilərə minnətdaram. Federasiya rəhbərliyinə də təşəkkür edirəm. Onlar bizə yaxşı şərait yaradırlar. Bu dünya şempionatına qədər bir neçə ölkədə təlim-məşqdə olduq.

İstəyim Tokio olimpiadasına yollanmaqdır. Mənim çıxış etdiyim çəkiyə yaxın 62 və 68 kq-lardır. Allah qoysa, qarşıda yarışlar olacaq. Həmin turnirlərdə bəxtimi 62 kq-da sınamağı düşünürəm. Təbii, burda məşqçi heyətinin qərarı önəmlidir.Önəmli olan Azərbaycanımız üçün lisenziya qazanmaqdır”.

Kamran HACI, Nur-Sultan

Həmin kateqoriyadan