Dünya çempionatına 3 ağırlıqqaldıranla yollanırıq

18-27 sentyabrda Tailandın Pattaya şəhərində ağırlıqqaldırma üzrə dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 105 ölkədən 734 azmanın (395 kişi və 339 qadın) iştirak edəcəyi yarış, həm də Tokio-2020 oyunlarına lisenziyalıdır.

Rəqabətdə Azərbaycan millisi 3 nəfərlə qatılacaq. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi ilə ölkəmizi Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq) və Nailxan Nəbiyev (96 kq) təmsil edəcəklər.

Həmin kateqoriyadan