Dünya çempionatına hansı güləşçilər yollanacaq?

Güləş millilərinin Serbiyanın paytaxtı Belqradda dünya çempionatı üçün heyətləri məlum olub.  Allsport.az xəbər verir ki, baş məşqçilər ümumilikdə 26 idmançıya dəvət göndəriblər. Onlardan 10-u sərbəst, 10-u yunan-Roma, 6-sı isə qadın güləşçidir.

Yığmanın baş məşqçisi sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Hacı Əliyev (65 kq), Məhəmmədbəşir Xanıyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abasov (79 kq), Əbubəkr Abakarov (86 kq), Osman Nurməhəmməddov (92 kq), Məhəmmədxan Məhəmməddov (97 kq), Georgi Meşvildişviliyə (125 kq) şans verib.

Heyətdə yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq), Beka Kandelaki (130 kq) yer alıb.

Qadın güləşçilərimizi isə Belqradda Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq), Birgül Soltanova (65 kq) təmsil edəcək.

Sentyabrın 16-da başlayacaq dünya çempionatı ayın 24-də yekunlaşacaq.

Həmin kateqoriyadan