Dünya çempionatına yollanacaq bahadırlar bəllidir

14-22 sentyabrda Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün Olimpiya Güləş Mərkəzində son təlim-məşq toplanışını davam etdirən sərbəst və yunan-Romaçıların KİV üçün açıq məşqi baş tutub. Hazırlıq başa çatdıqdan sonra AGF-in prezident əvəzi Namiq Əliyev heyəti açıqlayıb. 

Yarışın ilk günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Bu növdə baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi ilə Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (60 kq), Elman Muxtarov (63 kq), Rəsul Çunayev (67 kq), Sənan Süleymanov (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Beka Kandelaki (130 kq) ölkəmizi təmsil edəcək.

Qadınlarda baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə Mariya Stadnik (50 kq), Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) mübarizə aparacaqlar.

Yarışın son günlərində sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar. Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə Mahir Əmiraslanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şamil Zubairov (92 kq), Şərif Şərifov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, olimpiya çəkilərində (qara işarələnənlər) ilk 5 yeri tutanlar Tokio-2020-yə vəsiqə qazanacaqlar. Dünya çempionatında I-S dərəcəli hakim Asif Şirəliyev ədaləti qoruyacaq.

Həmin kateqoriyadan