Dünya çempionatında Rio-2016-ya daha 3 lisenziya!

ABŞ-ın Las Veqas şəhərində güləşçilər arasında dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, 3-cü yarış günündə yunan-Roma güləşçimiz Saman Təhmasibi (85 kq), qadınlardan Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq) Rio Olimpiadasına vəsiqəni təmin ediblər.

Buna qədər «klassiklər»imizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) olimpiya oyunlarına lisenziya qazanıblar. Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş medala yiyələniblər.

Məlumat üçün bildirək ki, Las Veqasda keçirilən dünyanın ən güclülərinin yarışı Rio-2016-ya vəsiqə verir. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadınlarda 48, 53, 58, 63, 69 və 75 kq, «sərbəstlər»də 57, 65, 74, 86, 97 və 125 kq çəkilərdə ilk 5 yeri tutan idmançılar olimpiadada birbaşa iştirak hüququna yiyələnirlər.

Həmin kateqoriyadan