- Baxış sayı: 81
- 03 May 2024 17:47
- Baxış sayı: 81
- May 03, 2024
- 0
ABŞ-ın Las Veqas şəhərində güləşçilər arasında dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, 4-cü yarış günündə 55, 58, 63 və 75 kq çəki dərəcəsində qadın, 65 kq çəkidə sərbəst güləşçilər çıxış edirlər. Azərbaycan güləşçiləri 4 çəki dərəcəsində mübarizə aparırlar. 4-cü yarış günündə də təmsilçilərimiz uğurlu çıxış edərək, Rio-2016-ya daha 2 vəsiqə qazanıblar.
Bu sevincə qadınlarda Yuliya Ratkeviç (58 kq), “sərbəstlər”də Toğrul Əsgərov (65 kq) nail olublar. Buna qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq) olimpiya oyunlarına lisenziya qazanıblar.