- Baxış sayı: 43
- 11 May 2026 21:35
- Baxış sayı: 106
- May 11, 2026
- 0

Ənənəvi “Shamkir Chess 2019” superturnirinin iştirakçısı Vişvanatan Anand yarışdan sonra Şəmkirdən Bakıya gələrək Vüqar Həşimov şahmat akademiyasında olub.
Allsport.az saytı xəbər verir ki, orada şəraitlə tanış olan hindistanlı
dünya çempionu uşaqlara seans keçib. Sonda qrossmeyster akademiyanın xatirə kitabına ürək sözünü yazıb.
Azərbaycanı tərk etməzdən öncə dünya çempionu fəxri xiyabanda Vüqar Həşimovun məzarını ziyarət edib.