Dünya Güləş Birliyi prezidenti “Ağ oyunlar”da olimpiya çempionumuzla görüşüb

Pxençxan qış olimpiya oyunları davam edir. Allsport.az saytı xəbər verir ki, Koreyada olan Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində işgizar görüşlər keçirir.

“Ağ oyunlar”ı izləyənlər sırasında bu günlərdə Beynəlxalq Olimpiya Komitəsinin icraiyyə komitəsinə üzv seçilən Nenad Laloviç də var. Həmin seçkidə dünya güləşində ilk hadisə kimi tarixə düşən UWW prezidenti nufuzlu ünlü bahadırları daim diqqətdə saxlayır.

“Sübh şəfəqi ölkəsi”ndə olimpiya həyacanı zamanı serbiyalı güləş adamı Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurovla fikir mübadiləsi aparıb, olimpiya çempionumuzun indiki durumundan məmnunluq ifadə edib.

Həmin kateqoriyadan