Dünya kubokuna 43 ölkədən 200-dən çox bədii gimnast qatılacaq

Aprelin 26-28-də paytaxtda bədii gimnastika üzrə dünya kuboku keçiriləcək. Allsport.az sayt xəbər verir ki, batutçulardan və idman gimnastlarından sonra, bu dəfə xalçanı ən zərif nümayəndələr təhvil alacaqlar.

İlkin qeydiyyat siyahısına əsasən, artıq 43 ölkədən 200-dən çox gimnastın kubok yarışlarında mübarizə aparacağı gözlənilir. Üç gün davam edəcək turnirdə 25 qrup komandası və 70-dən çox fərdi gimnast hakimlər qarşısına çıxacaq.

Yarışın ilk iki günündə təsnifat mərhələləri təşkil olunacaq. Həmçinin çoxnövçülük üzrə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. Aprelin 28-də isə həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək. Bununla yanaşı, ən çox icra xalını yığan gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Həmin kateqoriyadan