Dünya kubokuna nə qədər idman gimnastı gələcək?

15-18 martda paytaxtda idman gimnastikasi üzrə dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Bakıda 3-cü dəfə təşkil olunacaq yarışa 27 ölkədən 163 idmançının qatılacağı gözlənilir. Kişi və qadınları ilk iki gündə təsnifat, son 2 gündə isə ayrı-ayrı alətlər üzrə final mərhələlərində güclərini sınayacaqlar.

Federasiyanın beynəlxalq idman tədbirlərini yüksək səviyyədə təşkil etməsi və ildən-ilə artan təcrübəsi bu dəfə də yarışlarda əksini tapacaq.

Turnir boyunca tamaşaçılar nəinki meydançada çıxış edən idmançıları, həm də təşkilatçılar tərəfindən təqdim olunacaq maraqlı fləşmobları da izləyəcəklər. Habelə müxtəlif müsabiqələrdə yaxından iştirak edərək federasiyadan xatirə hədiyyələri qazanmaq şansı əldə edəcəklər.

 

Həmin kateqoriyadan