Dünya kubokunda 32 ölkədən 100 bədii gimnast iştirak edəcək

Aprelin 22-dən 24-dək gimnastika ictimaiyyətinin diqqəti bir daha Azərbaycanın paytaxtı Bakıya cəmlənəcək. Allsport.az saytı xəbər verir ki, dünyanın ən güclü bədii gimnastları bu dəfə ölkəmizdə dünya kubokunda bir araya gələcəklər.

Qeydiyyat siyahısına əsasən 32 ölkədən 40-ı fərdi və 60-ı qrup komandasının (10 qrup) üzvü olmaqla 100 gimnastın iştirakı gözlənilir. 3 günlük yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Həmin kateqoriyadan