Dünya kubokunda 4 idman gimnastımız mübarizə aparacaq

İdman gimnastikası millimiz dünya kubokuna hazırlaşır. Allsport.az saytı xəbər verir ki, Murad Ağarzayevlə Nikita Simonov 3, İvan Tixonov və
Marina Nekrasova bütün alətlərdə çıxış edəcəklər.

Martın 14-17-də keçiriləcək yarış Tokio-2020 oyunlarına lisenziyalıdır. İlk dəfədir ki, idman gimnastları bu qəbildən olan yarışlardan olimpiadaya birbaşa xallar toplayacaqlar. Təsnifat xarakterli kubok yarışları seriyanın ilk yarışı ötən ilin noyabrında Almaniyanın Kotbus şəhərində 50 ölkənin iştirakı ilə start götürüb. Bu ilin fevralında 32 ölkədən idman gimnastları Melburnda baş tutan dünya kubokunda çıxış ediblər.

Paytaxtımızın ev sahibliyi edəcəyi sayca 3-cü ələmədə 41 ölkə mübarizə aparacaq. Onların arasında bir neçə olimpiya mükafatçısı, dünya və Avropa medalçıları da olacaq. 4 gün davam edəcək turnirdən bir neçə gün sonra isə gimnastlar 2019-cu ilin sonuncu olimpiya təsnifatı yarışında iştirak etmək üçün Qətərin paytaxtı Dohaya yola düşəcəklər.

Həmin kateqoriyadan