Dünya kubokunda Azərbaycan – İran finalı

Bakıda yunan-Roma güləşi üzrə dünya kuboku başlayıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi bu mübarizədə finala yüksəlib. Komandamız “B” qrupunda gərgin keçən qarşılaşmada dünya yığmasına qalib gəlib. Görüş 5:5 hesabı ilə başa çatıb. Əlavə göstəricilərdə meydan sahibləri üstün olub – 22:19.

Bahadırlarımız həlledici görüşdə İran komandası ilə üz-üzə gələcək. Serbiya seçməsi koronavirusa kütləvi yoluxmaya görə yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb. Dünya kubokunda medal görüşləri noyabrın 6-da baş tutacaq. 3-cü yer uğrunda görüş 17:00-da başlayacaq. Bundan sonra, final start götürəcək.

Dünya yığması – Azərbaycan – 5:5

55 kq: Nuqzari Tsurtsumia (Gürcüstan) – Eldəniz Əzizli – 0:9
60 kq: Aydos Sultangali (Qazaxıstan) – Murad Məmmədov – 4:1
63 kq: Leri Abuladze (Gürcüstan) – Taleh Məmmədov – 1:1 (son xalı azərbaycanlı güləşçi qazanıb)
67 kq: Coni Xetsuriani (Gürcüstan) – Həsrət Cəfərov – 0:5
72 kq: Andrey Kulik (Ukrayna) – Ülvi Qənizadə – 7:1

77 kq: Zoltan Levai (Macarıstan) – Sənan Süleymanov – 1:8
82 kq: Jalqasbay Berdimuratov (Özbəkistan) – Rafiq Hüseynov – 1:3
87 kq: Aleks Kessidis (İsveçrə) – Murad Əhmədiyev – 3:2
97 kq: Nikoloz Kaxelaşvili (İtaliya) – Arif Niftullayev – 5:1
130 kq: Mantas Knistautas (Litva) – Sabah Şəriəti – 5:1

Həmin kateqoriyadan