- Baxış sayı: 89
- 24 Sentyabr 2026 23:59
- Baxış sayı: 89
- Sentyabr 24, 2026
- 0

ABŞ-ın Ayova ştatının eyni adlı şəhərində sərbəst güləş üzrə dünya kubokunu idarə edəcək hakimlərin seminarı keçirilib. Allsport.az saytı xəbər verir ki, referilərə yeni qaydalara qarşı daha diqqətli olmaq və DGB-nin yarış qaydalarına riayət etmək tövsiyə edilib.
Sonra dünya kuboku yarışının təşkilati məsələləri müzakirə edilib, komanda nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Bizdən 1-ci dərəcəli beynəlxalq hakim Natiq Hacıyev iştirak edib.
Xatırladaq ki, dünya kuboku aprelin 7-8-də keçiriləcək. Azərbaycan millisi qrupda Kuba, Qazaxıstan və Monqolustan komandaları ilə mübarizə aparacaq.