Dünya Kubokunun finalında yunan-Roma güləşçilərimiz Rusiya komandamı ilə görüşəcək

Tehranda yunan-Roma güləşi üzrə Dünya Kuboku keçirilir. Allsport.az saytı xəbər verir ki, millimiz “A” qrupunda İranı 6:2, İsveç və Almaniya komandaları 7:1 üstələyərək, tarixində ilk dəfə finala adlayıb.

Həlledici mərhələdə bahadırlarımız Rusiya seçməsi ilə görüşəcək. Matç 20 fevral saat 18:00-da başlayacaq. İran və Türkiyə yığmaları 3-cü yer uğrunda mübarizə aparacaq.

Həmin kateqoriyadan