- Baxış sayı: 75
- 24 İyun 2026 22:19
- Baxış sayı: 30
- İyun 26, 2026
- 0

Rumıniyanın paytaxtı Buxarestdə U-23 üzrə dünya çempionatı başlayıb. Allsport.az saytı xəbər verir ki, meydan öncə yunan-Roma güləşçilərinə verilib. İlk 2 yarış gününün nəticəsinə əsasən bizdən 1 nəfər fəxri kürsüyə çıxıb.
İslam Abbasov (87 kq) 3-cü yer üçün tutaşmada 1-ci hissəni 0:3 geridə başa vurmasına rəğmən, növbəti yarıda əzmkarlıq nümayiş etdirib, sona yarım dəqiqə qalmış hesabı bərabərləşdirib. O, xalı sonuncu aldığından, qaydaya görə qalib elan olunub.
Qeyd edək ki, gənc bahadır AGF-in hakimlər kollegiyasının sədri, dünyaca tanınmış hakim Qərib Əliyevin tələbəsi, Sumqayıt məktəbinin yetirməsidir.