Dünya şöhrətli məşqçi yaralı əsgərlərimizə şəxsən özü qulluq etdi

Sentyabrın 27-də yağı düşmən işğal etdiyi dağlıq Qarabağ ərazilərindən yurd içinə növbəti həmləsini etdi. Şanlı ordumuz nəinki seperatçı ermənilərə cavab zərbəsi endirdi, əks hücuma keçərək 44 gün ərzində Cəbrayıl, Ağoğlan (Hadrut), Füzuli, Zəngilan, Qubadlı və nəhayət, Şuşa şəhərini terrorçulardan azad etdi. Noyabrın 10-da qarşı tərəf təslimçi sülhə razılıq verərək, Ağdam, Kəlbəcər və Laçından çıxmağa razılıq verdi.

2-ci Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi milli birlik bütün dünyaya nümunə oldu. Minlərlə vətəndaşımızın könüllü cəbhəyə yollanmaq istəyi nə qədər vətənpərvər olduğumuzu bir daha göstərdi. “Hər şey cəbhə üçün, hər şey qələbə” üçün şüarını əsas tutan soydaşlarımız bir gün də əsgərini köməksiz qoymadı.

Belə oğullarımızdan biri güləş federasiyasının vitse-prezidenti, dövlət sərhəd xidmətinin polkovnik-leytenantı Firdovsi Umudov idi. Digər idman adamları kimi, ilk günlərdən ön cəbhədə olan Əməkdar məşqçi, sonda rəşadətli Azərbaycan sərhədçilərinə uzun illər özü ilə səfərdə gəzdirdiyi və beynəlxalq yarışlarda qaldırdığı bayrağı hədiyyə edib. Allsport.az-ın əldə etdiyi bilgiyə görə, o, xidmətini paytaxtda, “Sərhədçi” olimpiya idman kompleksində də davam etdirib; yaralı hərbçilərimizə şəxsən özü qulluq göstərib, özəl nahar yeməklərini hətta özü hazırlayaraq bişirib.

Həmin kateqoriyadan