Dünya taekvondo federasiyasının baş katibi ilə görüş

Gənclər və idman naziri Fərid Qayıbov, ölkəmizdə səfərdə olan Dünya taekvondo federasiyasının baş katibi Cankan Sio ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, dövlət rəsmisi qonağa Azərbaycanda idmançılara göstərilən diqqət və qayğıdan danışıb.

Toplantıda, mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək dünya çempionatına hazırlıq məsələləri müzakirə edilib. Asiyalı mütəxəssis qeyd edib ki, idman tədbirləri sahəsində böyük təcrübəsi olan Odlar yurdunun bu nüfuzlu yarışın da öhdəsindən uğurla gələcək.

Görüşdə Azərbaycan taekvondo federasiyasının vitse-prezidentləri Nağı SəfərovNiyaməddin Paşayev də iştirak ediblər.

Həmin kateqoriyadan