“Dünyanın müxtəlif universitet komandaları Yekaterinburqda bir araya gəlib”

Avqustun 20-də Yekaterinburqda beynəlxalq universitet idman festivalının təntənəli açılışı olub. Allsport.az saytı xəbər verir ki, mərasimdə Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Yekaterinburqda keçirilən beynəlxalq festivalın iştirakçıları qarşısında çıxış edib: “Sizi beynəlxalq universitet idman festivalında salamlamağa şadam. Sizin festivalınız beynəlxalq idman təqvimində yeni, unikal hadisədir. O, dünyanın müxtəlif universitet komandalarını bir araya gətirib.

Avropa və Asiyanın sərhəddində yerləşən Yekaterinburq şəhəri, Rusiyanın ən böyük iqtisadi, elmi, mədəni və tələbə mərkəzlərindən biridir. Bu bayramın baş tutması üçün təşkilatçılar çox iş görüblər. Yekaterinburqda festivalın müasir kəndi böyüyüb, idman qurğuları tikilib və müasirləşdirilib, zəngin mədəni proqram hazırlanıb, informasiya və telekommunikasiya infrastrukturu təkmilləşdirilib.

Əminəm ki, bu gün yaradılanlar hələ uzun illər insanlara xidmət edəcəkdir. Sizin festivalınız bu günlərdə qeyd olunan Ural paytaxtının 300 illiyinə həsr olunmuş yubiley tədbirlərinin genişmiqyaslı, yaddaqalan tədbirlərindən birinə çevriləcəkdir”.

Tədbirdə Azərbaycan millsi də iştirak edir. Bayraqdar güləşçi Xasay Həsənli olub. Tədbir avqustun 31-dək davam edəcək.

Həmin kateqoriyadan