“Düşünürəm ki, bu tarixi biz yazdıq”

Millimizin voleybolçusu Marqarita Stepanenko “Panathinaikos” klubunun heyətində Yunanıstan kubokuna yiyələnib. Allsport.az saytı xəbər verir ki, 29 yaşlı hücumçu sevincini belə bölüşüb:

“Yunanıstan kubokunu qazandığımıza görə çox şadam. “Panathinaikos” 12 il idi ki, bu kuboku qazana bilmirdi. Bu qələbə komandamız üçün tarixi hadisə oldu. Düşünürəm ki, bu tarixi biz yazdıq. Qələbədə mənim də payım olduğu üçün xoşbəxtəm.

Ümumiyyətlə, çox maraqlı oyunlar oldu. İlk rəqibimiz “Olimpiakos” klubu idi. Biz ilk matçı 3:2 hesabı ilə qalib gəldik. Ardınca güclü AEK-lə üz-üzə gəldik və tay-brekdə qələbə qazanaraq, yarımfinala vəsiqə qazandıq.

Finala gedən yolda “İlisiakos”u mübarizədən kənarlaşdırdıq. Həlledici matçda isə “Tiras”ı məğlub edərək kuboku qazandıq”.

Həmin kateqoriyadan