- Baxış sayı: 48
- 24 Sentyabr 2026 10:00
- Baxış sayı: 78
- Sentyabr 26, 2026
- 0

Çimərlik voleybolçularımız Ermənistan təmsilçilərini məğlub ediblər.
Allsport.az saytı xəbər verir ki, Tiflisdə təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında kişilərdən ibarət millimiz bu gün ilk oyununu keçirib.
Komandamızın rəqibi Ermənistan təmsilçisi olub. Heydər Məmmədli/Nəriman Bayramlı cütü hər 2 hissəni üstün başa vuraraq 2:0 (21:15, 21:13) hesabı ilə qalib qəlib.