EEVZA-da çıxış edən komandalarla görüş

Azərbaycan voleybol federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov şərqi Avropa voleybol zonal assosiasiyası (EEVZA) çempionatında iştirak etmiş voleybolçularla görüşüblər.

Allsport.az xəbər verir ki, AVF-nin idman zalında təşkil olunan görüşdə qız və oğlanlardan ibarət U-18 və U-20 yığma komandaların üzvləri, məşqçilər heyəti, federasiyanın əməkdaşları iştirak ediblər.

Tədbirdə yarışla bağlı ümumi müzakirələr aparılıb, təmsilçilərimizin keçirdikləri qarşılaşmalar və nəticələr dəyərləndirilib.

AVF-nin vitse-prezidenti Quliyev bildirib ki, potensiallı gənc voleybolçularımız kifayət qədərdir və onların yaxşı oynaması, təcrübə toplaması üçün daha çox çalışmaq lazımdır. O vurğulayıb ki, beynəlxalq yarışlarda nailiyyətlər qazanmaq üçün gənclərə ilk olaraq oyun səviyyələsini artırmaq, təcrübə toplamaq vacibdir: “Bunun üçün federasiya hər zaman lazımı şərait yaradacaq. Voleybolçular da öz növbələrində yaxşı nəticələr qazanmaq üçün daim üzərilərində çalışmalıdırlar”.

Bu istiqamətdə idmançılara və məşqçilərə müəyyən tövsiyələr verilib.

Sonda idmançıların və məşqçilərin fikirləri dinlənilib.

Həmin kateqoriyadan