“Əhali arasında bu idman növünə maraq böyükdür”

“Azərbaycan xalqının dahi şəxsiyyəti Heydər Əliyevin 101-ci il dönümünə müxtəlif tədbirlər keçirilir. Bunlardan biri avarçəkmə üzrə “Prezident kuboku” beynəlxalq reqatasıdır. Bu gün qonaqlar Mingəçevirdə komandaların keçidinə şahidlik edəcəklər. İdman bayramı “Nur şəhəri”nə gəlib”.

Allsport.az saytı xəbər verir ki, bunu Mərkəzi Aran regional gənclər və idman idarəsinin rəisi Azad Gözəlov dedi. Onun sözünə görə, Azərbaycan Respublikasının gənclər və idman nazirliyi ilə Azərbaycan kanoe və avarçəkmə federasiyasının birgə keçirəcəyi yarışın təşkilatı işləri artıq başa çatıb. Mingəçevir ənənəvi reqataya hazırdır:

“Sabah reqata ölkəmizin dilbər guşələrindən olan, vaxtı ilə erməni işğalına məruz qalmış Suqovuşanda start götürəcək. 2-3 mayda Mingəçevir Kür olimpiya tədris-idman mərkəzində davam edəcək. Bu şəhərdə avarçəkmə inkişaf edib. Əhali arasında bu idman növünə maraq böyükdür.

Dünən daha bir xoş xəbər aldıq. Avarçəkənimiz Diana Dımçenko Paris yay olimpiya oyunlarına vəsiqə qazanıb. İnanırıq ki, o dünyanın ən böyük idman bayramında da öz sözünü deyəcək”.

Həmin kateqoriyadan