- Baxış sayı: 73
- 24 İyun 2026 22:19
- Baxış sayı: 102
- İyun 25, 2026
- 0

5-6 noyabrda Bakı idman sarayında yunan-Roma güləşi üzrə dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün yarışın keçiriləcəyi məkanda mətbuat konfransında millinin 55 kq-da öncülü Eldəniz Əzizli tarixi fürsətdən yararlanmaq istədiklərini qeyd etdi:
“Azərbaycan millisi son dünya və Avropa çempionatlarında diqtə edib. Qitənin ən güclülərin yarışında biz 1-ci, Türkiyə 2-ci oldu. Dünya çempionatında yerlərimizi dəyişdirdik. Evdə məsuliyyətimiz çoxdur. Doğma divarlar arasında azarkeşlərimizi sevindirməyə çalışacağıq.
Rafiq Hüseynovla mən komandada yaşlılardandıq. Bu fürsət bir də bizə düşməyəcək. O üzdən evdə dünya kubokuna sahib çıxmaq istəyirik”.