Eldəniz Əzizli: Özümüzü ən yaxşı şəkildə göstərmək niyyətindəyik

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi 5-6 noyabrda Bakı idman sarayında dünya kubokunda çıxış edəcək. Allsport.az saytı xəbər verir ki, komandanın 55 kq-da lideri Eldəniz Əzizli son vəziyyətlə bağlı bunu deyib:

“Ölkəmizdə güləşin nə qədər güclü olduğunu göstərmək istəyirik. Dünya çempionatından az müddət keçib. İstirahət etmədən güclü hazırlıq prosesinə start vermişik. Komanda olaraq özümüzü ən yaxşı şəkildə göstərmək niyyətindəyik. Bu il komanda hesabında Avropa çempionu və dünya ikincisi olmuşuq.

Bakıda güləşdiyimizə görə Dünya Kuboku bizim üçün daha çox vacibdir. Türkiyə, İran və Azərbaycanla yanaşı, dünya yığması da iddialıdır. Güclülərdən ikisi bir qrupa, digər ikisi isə başqa qrupa düşüb. Son dünya çempionatında Serbiya da özünü yaxşı tərəfdən göstərib və 4 qızıl medal qazanıb.

Buna baxmayaraq, digər çəkilərdə boşluqları var. Onları buna görə üstələyəcəyimizi düşünürəm. Dünya yığmasında isə son mundialın medalçıları yer alıb. Qrupda ən çətin görüşümüz onlara qarşı olacaq”.

Həmin kateqoriyadan